Reper P Diddi nəyə görə Stinqə hər gün 5 min dollar ödəyir?

 07-04-2023

53 yaşlı P Diddi 1997-ci ildə yazdığı “I'll Be Missing You” mahnısında Stinqin 1983-cü ildə yazdığı “Every Breath You Take” sinqlından icazəsiz istifadə edib və hazırda təzminat olaraq ona hər gün 5000 dollar ödəyir.

Bu günlərdə Stinqin 2018-ci ildə “The Breakfast Club”a müsahibəsi internetdə yayılıb. Britaniyalı ifaçı  P Diddidən gündə 2 min dollar aldığını bildirib.

Bundan sonra reper nağd ödənişlərin dəqiq dəyərini açıqlamaq qərarına gəlib. Sənətçi tvitində “Qardaşım Stinqə sevgilərlə” yazıb.

Qeyd edək ki, müsahibədə 71 yaşlı musiqiçi reperlə artıq çox yaxşı dost olduğunu deyib.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.50743722915649