DYP maşını piyadanı VURUB? - VİDEO

 19-05-2022

Bakı şəhərində polis əməkdaşı idarə etdiyi xidməti avtomobili ilə piyadanı vurması iddia edilib.

Bildirilib ki, hadisə Babək prospektində qeydə alınıb. 

İddiada Bakı Şəhər Baş Dövlət Yol Polisinin əməkdaşının avtomobil ilə yolu keçən piyadanı vurduğu qeyd edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, DYP maşınının piyadanı vurması barədə yayılan məlumatlar düzgün deyil:

“Sosial şəbəkələrdə elə təqdim edilib ki, guya DYP əməkdaşları piyadanı vurub. Əksinə yolu keçmək istəyən xanım yıxılıb, DYP əməkdaşları ona köməklik ediblər. Bunu kadrlardan da görmək mümkündür”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.49953198432922