Xaricdə təhsil alanlar hərbi xidmətdən AZAD OLUNURLAR? - VİDEO

 19-05-2022

Bakı Dövlət Universitetinin bakalavr pilləsini bitirən Qoşqar Bəylərov Türkiyədə magistr dərəcəsinə yiyələndikdən sonra təhsilini doktoranturada davam etdirir. O deyir ki, hərbi xidmətdə olmayıb, buna isə Azərbaycan qanunvericiliyi imkan yaradıb. Q.Bəylərov kimi yüzlərlə gənc xaricdə təhsil alır. 

Maraqlıdır, ölkədən kənarda oxuyan tələbələrin həqiqi hərbi xidmətdən möhlət alması necə tənzimlənir? 

Millət vəkili Etibar Əliyevin sözlərinə görə, xaricdə təhsil alan tələbələrin hərbi xidmətə çağırılması ölkədə təhsil alan tələbələrlə eyni qaydalara uyğun şəkildə tənzimlənir. 

Mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, möhlət vaxtı bitdikdən sonra çağırışçılar qurumun yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Əks halda həmin çağırışçıların adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilir və onların dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulur. Təhsilini davam etdirərək fəlsəfə doktoru adı alanlar isə hərbi xidmətdən azad olunurlar.

Ətraflı süjeti təqdim edirik:

Bənzər yazılar

0.21215486526489