Sertifikatlaşdırma müəllimlərin əmək haqqına TƏSİR EDƏ BİLƏR

 19-05-2022

“Müəllimlərin sertifikatlaşdırılması gələcəkdə stimullaşdırmaya zəmin yaradır”. APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, gələcəkdə hansısa əməkhaqqı islahatlarında bu nəticələr nəzərə alına bilər.

Şöbə müdiri eyni zamanda deyib ki, sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: “Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər. Sertifikasiyadan keçən müəllimin nəticələri 5 il qüvvədə olacaq. Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsi üçün çərçivə sənədi hazırlanır”.

O qeyd edib ki, sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək: “Sənəddə sualların əhatə dairəsi barədə məsələlər öz əksini tapacaq”.

Bundan başqa, Eşqi Bağırov deyib ki, məktəb direktorlarının İsrailə göndərilməsi planlaşdırılır. O deyib ki, ilin sonuna qədər 100-ə yaxın direktorun təlim üçün İsrailə göndərilməsi planlaşdırılır.

 

Bənzər yazılar

0.23714399337769