Xırdalanda binaya mərtəbələr artırıldı: Sakinlərdən ciddi etiraz - VİDEO

 04-04-2023

Abşeron rayonunda binaya mərtəbələr artırılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun Xırdalan şəhərində binaya iki mərtəbə artırılıb.

Bu, binadakı digər mənzillərin sahiblərinin narazılığına səbəb olub.

Abşeron Rayon İcra Hakimiyyətindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ barədə hüquq-mühafizə orqanlarında araşdırma aparılır:

“Araşdırmanın nəticəsinə uyğun olaraq addımlar atılacaq”.

Abşeron Rayon İcra Hakimiyyəti binaya mərtəbələrin artırılması ilə bağlı görüntülərə aydınlıq gətirib.

RİH-nin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kənan Babayev bildirib ki, tikiliyə iki mərtəbənin artırılması ilə bağlı araşdırma aparılır:

“Binanın tikintisinə 2019-cu ildə sənədləşdirmə işləri aparılaraq başlanılıb. Bir müddət öncə eyni mənzilin müxtəlif vətəndaşlara satılması faktları aşkarlanıb və hazırda məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır. Bina ilə bağlı araşdırmaların nəticəsinə əsasən üzərimizə düşən öhdəliklər tərəfimizdən yerinə yetiriləcəkdir”.

Həmin görüntüləri təqdim edirik:

İlhamə Əbülfət 

Bənzər yazılar

0.15596795082092