İŞİD-lə əlaqədə günahlandırılan fransız şirkəti mühakimə olunacaq

 19-05-2022

Fransanın “Lafarge” şirkəti İŞİD-i maliyyələşdirdiyinə görə “insanlığa qarşı cinayətlərdə iştirak” ittihamı ilə mühakimə olunacaq.

Yayılan məlumatlara görə, sement istehsalçısı Suriyada terror təşkilatının fəaliyyətinə yardım göstərməkdə günahlandırılır.

Fransa Ali Məhkəməsinin 2021-ci ilin sentyabrında təsdiqlədiyi ittiham bu gün Paris Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Bununla da, “Lafarge” şirkətnə qarşı istintaqın davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, sement istehsalçısına qarşı ilk iddialar hələ 2017-ci ildə irəli sürülüb.

Mənbə: “Anadolu”

Bənzər yazılar

0.44944596290588