İstanbulda burulğan panikası - FOTO/VİDEO

 19-05-2022

İstanbulun Sultanqazi rayonunda qısamüddətli tornado panikası yaşanıb. Bir müddət göründükdən sonra yoxa çıxan burulğan mobil telefonun kamerasına əks olunub. Oxşar mənzərələr Ümraniyedə də müşahidə olunub.

Tornado dünən günorta saatlarında İstanbulun Sultanqazi qəsəbəsindəki Cebeci Mahallesi Taş Ocakları ərazisində, bir şirkətin tikintisində baş verib.

Qısa müddət davam edən burulğan panikaya səbəb olub. Bununla bağlı yayılan videogörüntülərdə onu görən şəxsin “gəlir, gəlir” deməsi eşidilir.

Türklərin “toz şeytanı” adlandırdıqları bu kiçik burulğan meteorologiyada PO simvolu ilə işarələnir. Onun bəzi digər tornadolardan fərqi odur ki, buludlardan aşağı deyil, yerdən yuxarıya doğru yaranır və buludlarla əlaqəsi yoxdur. O, daha çox isti bölgədə sərin külək əsdikdə baş verir.

Mənbə: Haber Global

Bənzər yazılar

0.21154499053955