“Təəssüf ki, ölkəmizin su ehtiyatlarında azalma müşahidə olunur. İqlim dəyişikliyi ilə bağlı olan fəsadlar özünü daha da göstərməkdədir”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, son 10 ildə Kür çayı ilə ölkəyə daxil olan suyun həcmi 31 faiz azalıb: “Aparılan son müşahidələrə görə, Kür vasitəsilə Azərbaycana daxil olan suyun həcmi 27 faiz azalıb”.
Kür çayının daha aşağı olan məntəqələrində suyunun azalması artıq 53 faiz təşkil edir: “Kürün suyundan ifrat dərəcə istifadə bu cür gərgin vəziyyəti ortaya qoyur”.