“Ginnesin Rekordlar Kitabı” 112 yaşlı venesuelalı Xuan Vinsente Moranı dünyanın ən yaşlı kişisi elan edib. O, 113 yaşına bir neçə gün qalmış bu titulu alıb.
Mora 27 may 1909-cu ildə on uşaqlı ailədə anadan olub. O, uzun illər əkinçiliklə məşğul olub və 104 yaşında son torpağını satıb. Venesuelalı 1937-ci ildə evlənsə də, həyat yoldaşı 1997-ci ildə vəfat edib. Onun 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var.
Qeyd edək ki, Mora, sələfi ispaniyalı Saturnino de la Fuente Qarsiyanın yanvarın 18-də 112 yaş 341 gündə vəfat etməsindən sonra dünyanın ən yaşlı kişisi adına layiq görülüb.
Mənbə: lenta.ru