Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-dan etibarən aprelin 1-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır.