Qızları Dueyni kətan əvəzi istifadə etdilər, iclası təxirə düşdü - VİDEO

 28-03-2023

Amerikalı aktyor Dueyn Conson qızlarının onun üzünə makiyaj etməsini əks etdirən video paylaşıb.

Kadrlarda övladları yeddi yaşlı Jasmin və dörd yaşlı Tianın balaca stulda oturan 50 yaşlı aktyorun üzünü boyadığı, dırnaqlarına da “manikür” etdiyi görünür.

Conson sonradan bu boyaları üzündən təmizləmək üçün bir saat vaxt sərf etdiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən hətta “Zoom” vasitəsilə onlayn görüşünü ləğv etməli olub.

“Vaxt gələcək ki, belə şeylər onlar (qızlar) üçün artıq əhəmiyyət kəsb etməyəcək, buna görə də yola davam”, - deyə aktyor vurğulayıb.

Bənzər yazılar

0.44165992736816