AVRO-2024: Millimiz İsveçlə oyunda beş top buraxaraq məğlub oldu

 28-03-2023

Azərbaycan millisi İsveçlə qarşılaşmada 5:0 hesabı ilə məğlub olub.

Azərbaycan millisi İsveçlə qarşılaşmada beşinci topu qapısında görüb. 89-cu dəqiqədə A.Elanqa hesabı 5:0-a çatdırıb.

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab yenidən dəyişib. 88-ci dəqiqədə J.Karlsson hesabı 4-0-a çatdırıb.

79-cu dəqiqədə meydan sahibləri hesabı 3:0 ediblər.

Meydan sahibləri fərqi iki topa çatdırıblar.

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Baş məşqçi: Yan Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bənzər yazılar

0.44760608673096