Naxçıvanda avtomobil aşdı: Xəsarət alanlar var

 27-03-2023

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Culfa rayonu ərazisində qeydə alınıb.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində şəhid ailəsi, Ordubad rayon Düylün kənd sakini 1964-cü il təvəllüdlü Allahverdiyev Allahverdi Nəcəf oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Allahverdiyev Hüseyn Allahverdi oğlu xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.44660401344299