Fətəli xan bacısını niyə zorla ərə verdi? - VİDEO

 27-03-2023

Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı.

Mövcud xanlıqları birləşdirmək isə mümkünsüz görünürdü.

Belə bir zamanda 22 yaşlı Fətəli Qubada taxta oturur. Hakimiyyəti dövründə o, Bakı, Dərbənd, Şamaxı, Şəki, həmçinin Talış, Gilan və Ərdəbili də özünə tabe edir.

Fətəli xanın nüfuzu getdikcə artmağa başlayırdı. 1760-cı ildə Dərbəndi bir güllə belə atmadan ələ keçirən Fətəli xan Əmir Həmzə ilə olan dostluğunu möhkəmləndirmək üçün 1766-cı ildə onun bacısı Tuti Bikə ilə evlənir və Dərbəndin idarəsini həyat yoldaşına tapşırır.

Lakin verdiyi bir sözə əməl etməməsi Fətəli xana baha başa gəlir. Nikahına söz verdiyi bacısı Xədicə Bikəni 1767-ci ildə Bakı xanı Məlik Məhəmməd xanla evləndirir. Bu, Əmir Həmzəyə böyük zərbə olur.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Bənzər yazılar

6.6602079868317