“Qalatasaray”ın futbolçusu: “Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”

 27-03-2023

Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”.

“Report”un məlumatına görə, bunu “Qalatasaray”ın futbolçusu Yunus Akgün Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib:

“Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə təşəkkür düşür”.

Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə təşəkkür edib:

“Burada bizi bir çox “Qalatasaray” fanatı qarşıladı. Təyyarədən düşdüyümüz andan etibarən özümüzə qarşı xoş münasibət gördük”.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bənzər yazılar

0.38842988014221