Britaniyalı aktrisa və kaskadyor Zara Pitian həbsə məhkum edilib.
“Haber Global”ın məlumatına görə, hökm Nottinqem Kral Məhkəməsi tərəfindən oxunub.
Qeyd edək ki, Zara Pitian “Doktor Strenc” filmində “Zealotlar” ordeninin davamçılarından birini - baş qəhrəmanın əleyhdarlarını canlandırdıqdan sonra məşhurlaşmışdı.
Aktyorluq karyerasından əvvəl qadın və əri Viktor Market döyüş sənətindən dərs deyib. Məhkəmənin iddiasına görə cinayət bu ərəfədə törədilib; cütlük 13 yaşlı qıza cinsi təcavüz edib.
Bildirilir ki, Pitian qıza spirtli içki verib, bundan sonra əri ilə birlikdə onu dəfələrlə intim əlaqəyə məcbur edib. Cinayət bir neçə il davam edib.
Məhkəmənin hökmü ilə aktrisa 8 il, əri isə 14 il müddətinə azadlıqdan məhrum edilib.