Nazir müavini Xəyalə Dadaşova: “Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”

 24-03-2023

“Naxçıvanda aqrar islahatların aparılmasına ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Naxçıvan” televiziyasına müsahibəsində deyirb.

X.Dadaşovanın sözlərinə görə, artıq bir aya yaxındır, apardığı təhlilər ona əsas verir ki, Naxçıvan Muxtar Respublikasında aqrar islahatlar aparılmalıdır: “Əgər təhlillə yanaşsaq, Azərbaycanın digər regionlarına münasibətdə Naxçıvan Muxtar Respublikasında aqrar sahə çox geridə qalır. Sahəni inkişaf etdirməyə çalışırıq. Təbii ki, inkişaf tarladan, sahədən deyil, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin özündən başlayacaq. Kənd Təsərüfatı Nazirliyinin hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun. Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir.

Naxçıvan Muxtar Respublikasında bitkiçilik sahəsi inkişaf edib. Amma rayonların heç birində nazirliyin bu sahə üzrə fəaliyyət göstərən qurumu yoxdur. Yəqin ki, struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda dövlət aqrar inkişaf mərkəzlərnin yaradılması məsələsinə baxılacaq”.

Xəyalə Dadaşova qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı ilə bağlı geniş miqyaslı strategiya hazırlanır: “Strategiyada əsas yer alanlardan biri struktur dəyişikliyinin aparılmasıdır. İkinci məsələ kadr, işçilərin qiymətləndirilməsidir.

Apardığım təhlilərdə gəldiyim qənaət eyni zamanda kadrların, işçilərin bilik və bacarıqlarının çox aşağı olmasıdır. Hazırda müasir tələblərə cavab verən istiqamətləri həmin mütəxəssislərdə görmürəm. Yəqin ki, bununla bağlı attestasiya aparılacaq. Attestasiyadan uğurla keçən işçilərin ixtisas artırma kurslarına cəlb olunması həyata keçiriləcək”.

Bənzər yazılar

0.4065420627594