Azərbaycan mobil operatorları iki ayda nə qədər gəlir əldə edib?

 20-03-2023

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7% artaraq 459,3 milyon manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 71,2 faizi əhaliyə göstərilib.

Xidmətlərdən əldə edilən gəlirin 37,8 faizi və yaxud 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Hazırda Azərbaycanda dörd mobil operator mövcuddur ki, onlardan üçü (“Azercell”, “Bakcell” və “Azərfon”) bütün ölkə, biri (“Naxtel”) isə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərir.

Bənzər yazılar

0.46205306053162