"Barselona" "El-Klassiko"larda 100-cü qələbəsini qazanıb "Real"dan uzaqlaşdı - VİDEO

 20-03-2023

İspaniya La Liqasında XXVI turun oyunları keçirilib.

Milletinsesi.info xəbər verir ki, turun bağlanış və mərkəzi matçında lider “Barselona” və ən yaxın izləyicisi “Real” üz-üzə gəlib. “El-Klssiko” Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Matçta hesabı 9-cu dəqiqədə “Real” açıb. “Barselona”nın heyətində Ronald Arauxo avtoqol müəllifi olub. Lakin 45-ci dəqiqədə Serxio Roberto ilə “Barsa” tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə isə Frank Kessye oyunda son nöqtəni qoyub.

Bu, “Barselona”nın rəsmi “El-Klassiko”larda 100-cü qələbəsi kimi tarixə düşüb.

Xallarını 68-ə çatdıran kataloniyalılar liderliyini bir qədər də möhkəmləndirib. Mövsümün sonuna 12 tur qalmış “Barsa” ən yaxın izləyicisi “Real”ı 12 xal üstələyir.

Bənzər yazılar

0.42813420295715