Pullarının yarısını itirən Şeron Stoun ağladı

 18-03-2023

Aktrisa Şeron Stoun Döş Xərçəngi Tədqiqatları Fondunun ianə toplama gecəsində çıxış edərək göz yaşlarına boğulub.

O bildirib ki, hazırda qeyri-sabit maliyyə dövrü yaşanır və hər kəs çek yazmağa cəsarət etmir.

“Bu cəsarət tələb edir. Mən nə baş verdiyini anlayıram. Mən bank problemlərinə görə pulumun yarısını itirdim, amma hələ də buradayam”, - deyə kino ulduzu bəyan edib.

İddialara görə, Stounun martın 10-da müflis olan “Silicon Valley Bank”dakı əmanəti batıb.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.73347187042236