ABŞ Qara dənizə daha bir “MQ-9 Reaper” dronu göndərdi

 17-03-2023

ABŞ Qara dənizdə dronun qəzaya uğradığı yerə daha bir “MQ-9 Reaper” PUA-sı göndərib.

Bu barədə CNN xəbər verib.

Bildirilib ki, Vaşinqton Rusiya yaxınlığında uçuşları dayandırmaq fikrində deyil.

İlk “MQ-9 Reaper”in Qara dənizdə suya düşməsindən sonra Pentaqon bu cür uçuşların xərclərini və faydalarını təhlil etmək niyyətindədir. Bunun üçün o, əvvəlki dronun düşmə zonasına daha bir PUA göndərib.

Yeni MQ-9-un vəzifəsi isə Rusiya hərbçilərinə və onların Amerika dronunun qalıqlarını dənizin dibindən çıxarmaq cəhdlərinə nəzarət etməkdir.

Bənzər yazılar

0.4262490272522