Mersində zəlzələ əhalini təşvişə saldı

 17-03-2023

Axşam saatlarında Türkiyənin Mersin vilayətində zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Aralıq dənizinin Mersin Körfəzi - Mersin Erdemli bölgəsində qeydə alınıb.

Bildirilib ki, zəlzələnin gücü 4,3 bal təşkil edib, ocağı isə 16,04 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar yerli əhali arasında təşviş yaradıb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.38778281211853