Prezident İlham Əliyevin sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
MillətinSəsi.info xəbər verir ki, sərəncamla Mətin Eynullayev “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.
1998–2002-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002-2007-ci illərdə isə özəl sektorda çalışıb.
2007–2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi olub.
2009 – 2013-cu illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.
2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.
11 yanvar 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
27 dekabr 2018-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
13 may 2020-ci il isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edir.
19 avqust 2020-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
6 may 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
Evlidir, 2 övladı var.