Benzema "Liverpul"a qarşı oynayacaq?

 15-03-2023

"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a qarşı oynamağa hazırdır.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Karlo Ançelotti mətbuat konfransında deyib.

“Çərşənbə günü Benzema 100 faiz hazır olacaq. Bazar günü o, ümumi qrupda məşq etdi. Tam hazırdır və həddən artıq həvəslidir" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, fransalı forvard topuğundakı zədə səbəbindən martın 11-də La Liqada "Espanyol"la matçı buraxmışdı.

"Real" - "Liverpul" matçı martın 15-dən 16-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun "Real"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

0.15472793579102