Simone İnzaqi: "Azarkeşlər bizimlə fəxr etməlidirlər"

 15-03-2023

“Biz əla oyun oynadıq. Komanda toparlandı və gözəl matç keçirdi. İlk hissədə möhtəşəm oyun nümayiş etdirdik və matçın sonunda hamımız birlikdə müdafiə olunduq".

Qol.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə cavab oyunundan (0:0, ilk oyun - 1:0) sonra deyib.

"Bəxtimiz gətirdi? Futbolda bəxt nisbidir, 180 dəqiqədəki oyunlara əsasən, 1/4 finala çıxmağa layiq idik. İndi biz çox inamlı oynayacağıq" - deyə o bildirib.

Mütəxəssis gördükləri işdən çox razı olduqlarını vurğulayıb: "Bu, 18 ayda mənə kuboklar və Çempionlar Liqasının 1/4 finalı gətirən bütün oyunçuların əməyidir. Bu həzz almaq istədiyim andır. Azarkeşlər bizimlə fəxr etməlidirlər,. Görək bundan sonra nə olacaq”.

Bənzər yazılar

0.14767003059387