Bir neçə gün öncə saytımızda İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbindəki daxili problemlərin movcudluğu barədə "İmişli Uşaq-Gənclər Şahmat məktəbini kimlər MAT VƏZİYYƏTİNƏ SALIB?" adlı yazı dərc etmişdik.
Həmin məqalə ictimailəşəndən sonra İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbindəki özbaşınalıqlarla bağlı araşdırmamız zamanı daha ilginc faktlar əldə etdik.
Belə ki, İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Mürsəlov Aqşin Mirzə oğlu İmişli rayon Təhsil şöbəsinin müdir müavini Vahid Tağıyevin, İmişli rayon Təhsil şöbəsinin inspektoru Vüsal Bayramov və 12 saylı Maliyə Hesablaşma Mərkəzinin İmişli rayon əlaqələndiricisi Habil Məhərrəmovun himayədarlığı ilə özbaşınalığını davam etdirir.
İndi isə keçək əsas məsələyə, görək İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov özünün yazılmamış qanunları ilə məktəbə necə direktorluq edir?!
Sən demə, İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov rayonun 1, 2 və 5 nömrəli şəhər orta məktəblərində, Boşçallar, Sarıxanlı, Telişli, Oruclu, Cəfərli kənd orta məktəblərində idman-futbol dərsləri keçirilmədiyini bildiyi halda həmin məktəbin müəllimlərindən hər ay aylıq 100 azn haqq alır.
Məsələn, Boşçallar kənd orta məktəbinin müəllimi Emil müəllim və Sərxanllı kənd orta məktəbinin müəllimi Əlisa müəllim hər ay İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlova aylıq 100 azn haqq verməkdən bezdikləri deyilir.
Sən demə, İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov xadimə vəzifəsində işləyən xanımdanda işə gəlməməsinə baxmayaraq, 1 il 6 ay xadiməyə maaş yazaraq, ondan da haqq alırmış.
Sonra bu qanunsuz hərəkəti ört-basdır etmək üçün İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov heç bir səbəb olmadan xadiməni işdən azad edir və xadimə ştatına özü üçün katibə götürmək fikrinə düşür.
Sən demə, Bakıda yaşayan amma adları şahmat dərsləri keçən kimi yazılaraq aylıq maaş alan müəllimlərdə, İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlova hər ay 100 azn haqq ödəyir.
Məsələn, Qəhrəman müəllim, Ağayev Bəxtiyar müəllim, Cabbarlı Qadir müəllim, Hüseynov Şəmsi müəllim və Emil müəllim hər ay Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov "cənab"ına aylıq haqq verməkdən beziblər.
Hətta, Cabbarlı Qadir İmişlı-Bakı istiqamətinə taksi sürücüsü işləməyinə baxmayaraq, İmişlidə həm də şahmat-idman müəllimi kimi işləyir və İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov cənabına hər ay haqq verməkdə davam edir.
Sən demə, İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təlimatçi işləyən Sevda Məmmədova və Xəlilov Vidadi müəllim direktor Aqşin Mürsəlovun öz başınalıqlarını ört-basdır etməsinə baxmayaraq, işə gəlmədiyi aylarda 100-50 azn aylıq haqq ödəyir.
Məsələn, bir neçə ay İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təlimatçı Sevda xanım Məmmədova işə günorta gəməsinə görə Aqşin Mürsəlova aylıq 50 azn haqq verib. Sonradan bu razılaşma pozulub.
Daha bir faktı da qeyd edək ki, bu ilin yanvar ayında əhalinin siyahıya alınaması zamanı İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 8 nəfər məşqçi müəllimi cəlb edilib və həmin müəllimlərin dərs saatları əvəz etmə adı ilə başqa şəxslərin adına yazaraq maaşları mənimsənilib.
Buna etiraz edən müəllimlərə isə İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov bildirir ki, "gedin kimə istəyirsiniz şikayət edin, bu pulları tək yemirəm və arxamda İmişli rayon Təhsil şöbəsinin müdir müavini Vahid Tağıyev, İmişli rayon Təhsil şöbəsinin inpektoru Vüsal Bayramov və 12 saylı Maliyə Hesablaşma Mərkəzinin İmişli rayon əlaqələndiricisi Habil Məhərrəmov dayanıb".
Ötən yazımızda da qeyd etmişdik ki, Aqşin Mürsəlov İmişli rayon Təhsil şöbəsinin müdir müavini Vahid Tağıyevin himayədarlığı və patronajlığı ilə İmişli rayon şahmat məktəbinə direktor təyin olunub ki, Aqşinın atası Mirzə ilə dost olan Vahid Tağıyev hələ bir neçə il əvvəl bu barədə onlarla sövdələşibmiş.
İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlovun özbaşınalıqlarında bezən müəllimlərin verdiyi məlumata görə, məktəbdə bir müddət ocaqçı işəyən Həsənov Fərhadın bir neçə aylıq maaşın hələdə verməyib.
Amma ötən yazımızda qeyd etdiyimiz kimi Həsənov Samit Sabir oğlu Suriyaya ola-ola məktəb müəllimi maaş ala bilir, amma bir neçə ay ocaqçı işləyən Fərhad Həsənovun isə zəhmət haqqı olan maaşən Aqşin Mürsəlov vermir.
Aldığımız məlumata görə, 12 saylı Maliyə Hesablaşma Mərkəzinin İmişli rayon əlaqələndiricisi Habil Məmmədov facebook sosial şəbəkəsində ermənilərin şahmat və futbol komandasına xüsusi bir rəğbəti olduğundan onların facebook səhfəsindəki bütün paylaşımların "layk" etmədən dura bilmir.
Araşdırmamız zamanı aldğımız məlumata görə, İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov 40-50 nəfərə yaxın idman-şahamat müəllimlərindən hər birində aylıq 100-200 azn haqq alır. Bu isə orta hesablamalarımıza əsasən Aqşin Mürsəlovun təkcə müəllimlərdən hər ay 7-8 min manata yaxın rüşvət aylıq haqq alır. Bura Bakıda yaşayan və adları müəllim kimi yazılıb maaş alan müəllimlərdə daxildi.
Düşünürük ki, İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov hələ də keçmiş bank işçisi olduğunu unuda bilmir, pedaqoji fəaliyyətlə iqtisadiyyatın bu mühüm sahəsini qəribə şəkildə sintezləşdirə bilir, məktəblə bankı dəyişik salır. Çünki, müəllimlərdən aylıq haqq alması və onların əmək haqqlarının bölüşdürülməsində əsl peşəkar bank mütəxəssisinin əl işi nümayiş etdirilir.
Məhz burada belə anlaşılır ki, adı çəkilən təhsil ocağında, yəni İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində hərcmərclikdir, böyük mənfiliklər, xeyli çatışmazlıqlar var.
Bir daha onu qeyd edək ki, İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlovun bütün bu qanunsuzluqları 12 saylı Maliyə Hesablaşma Mərkəzinin İmişli rayon əlaqələndiricisi Habil Məhərrəmovun iştirakı, Təhsil şöbəsinin müavini Vahid Tağıyevin nəzarəti ilə həyata keçirilir.
Bəs görəsən, bu baş verənlərdən Təhsil Nazirliyinin, İmişli rayon rəhbərliyinin xəbərləri varmı? Əgər varsa, niyə bu bərədə hər hansı bir ölçü götürülmür?
Düşünürük ki, İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlovun bütün bu qanunsuzluqları ilə bağlı Təhsil Nazirliyi və digər aidiyyati orqanlar lazımi tədbir görərlər.
Sonda onu bildirək ki, İmişlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə Mürsəlov Aqşin Mirzə oğlu rəhbər təyin olundandan sonra onun yarıtmaz fəaliyyəti ilə bağlı araşdırmamız davam edir.
P.S. Yazı da adları çəkilən şəxlərlə əlaqə yaratmağa çalışsaqda bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.
Azər Mətin
MillətinSəsi.info