UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.
Milletinsesi.info xəbər verir ki, daha iki cavab oyunu keçirilib.
“Portu” Portuqaliyada “İnter”i qəbul edib. İlk matçda minimal hesablı qələbə (1:0) əldə edən italyanlar səfərdə sərfəli nəticəni qoruya biliblər. Matç 0:0 hesabı ilə başa çatıb və “nerazzuri” adını 1/4 finala yazdırıb.
Digər qarşılaşma İngiltərədə baş tutub. Turnirin favoritlərindən “Mançester Siti” ilk matçda 1:1 hesablı heç-heçəyə razılaşdığı “Leypziq”lə üz-üzə gəlib. “Şəhərlilər” ev oyununda rəqibi darmadağın ediblər - 7:0.
“Mançester Siti”nin qollarından 5-ni Erlinq Holann vurub. İlkay Gündoğan və Kevin De Bruyne hərəyə bir dəfə fərqləniblər.
İki oyunun cəmində rəqibindən 8:1 üstün olan ingilislər mərhələ adlayıblar.
Çempionlar Liqasında daha əvvəl “Bavariya”, “Çelsi”, “Milan”, və “Brügge” 1/4 finala yüksəlmişdi.