Elza təxirə saldığı konsertindən danışdı

 14-03-2023

Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq.

Milletinsesi.info xəbər verir ki, “Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsi planlaşdırılırsa da, tədbir təxirə salınıb.

Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb.

Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib:

“Qardaş Türkiyədə baş verən zəlzələyə görə fevralın 28-nə planlaşdırılan konserti bir aylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşq edirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”.

 

Bənzər yazılar

0.44201493263245