Avstriya millisinin Azərbaycanla oyun üçün heyəti: "Real Madrid"in də ulduzu var - SİYAHI

 14-03-2023

Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Avstriya Futbol Federasiyasının yaydığı məlumata görə, baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Siyahıda Madrid "Real"ının zədəli futbolçusu David Alaba da yer alıb.

Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK)

Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə)

Yarımmüdafiəçilər: Yonas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Zabitser (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə)

Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki matç Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Bənzər yazılar

0.13888311386108