Hakimdən qəribə qərar: Oyuna “üçüncü hissə” əlavə etdi

 14-03-2023

Boliviya çempionatının 6-cı turunda keçirilən “Palmaflor” - “Bluminq” oyununun əsas vaxtına 43 dəqiqə əlavə edilib.

Ötən gün “Palmaflora” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Xulio Qutyerres olub. O, epizodların birində 17 dəqiqə VAR-a baxıb. Bundan başqa, güclü yağış da vaxtın uzadılmasına səbəb olub. Referi, həmçinin iki penalti təyin edib və iki futbolçunu meydandan qovub.

Görüş “Palmaflor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ev sahibi qələbə qolunu əlavə edilmiş 38-ci dəqiqədə vurub. Bu, Boliviya çempionatında ən uzun oyun kimi tarixə düşüb.

Mənbə: newsunrolled.com

Bənzər yazılar

0.15021681785583