Sabunçuda unudulan yeraltı piyada keçidi: Sökülən alkopan üzlüklər, məişət tullantılar

 13-03-2023

Sabunçuda piyada keçidi bərbad gündədir.

Milletinsesi.info xəbər verir ki, söhbət Sabunçu Dəmiryol stansiyasındakı piyada keçidindən gedir. İddia edilir ki, yeraltı piyada keçidi illərdir bu vəziyyətdədir. Alkopan üzlüklər bilərəkdən sındırılır, yararsız hala salınır. Keçidə nəzarət edilmir.

Sabunçu Rayon İcra Hakimiyyətindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yeraltı piyada keçidi onların balansında deyil.

O da bildirilib ki, piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə icra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşlarına sözügedən keçidə atılan məişət tullantılarının təmizlənməsi tapşırılıb. Fotolardan da göründüyü kimi ərazidə təmizlik işləri aparılıb.  

Bənzər yazılar

0.55807018280029