Mahsum Kırmızıgülün Bakıdakı konsertindən FOTOREPORTAJ

 13-03-2023

Türkiyəli müğənni Mahsum Kırmızıgül Bakıda konsert proqramı ilə çıxış edib.

Milletinsesi.info xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən konsertdən gələn gəlir qardaş ölkədə baş verən zəlzələ qurbanları üçün ianə ediləcək.

Konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, Azərbaycandan gələn yardımları yüksək qiymətləndirib.

Mahsun Kırmızıgül konsert zamanı onun fanatı olan azərbaycanlı şəhid Anar İsrəfilovun videosunu nümayiş etdirib.

A.İsrafilov görüntülərdə onun “Annem-annem” mahnısını səsləndirib. M.Kırmızıgül bildirib ki, şəhidin atası və övladları konsertdədir.

Müğənni onu da qeyd edib ki, şəhidin hər iki övladının təhsil haqlarını özü qarşılayacaq.

PhotoStock.az-ın sözügedən konsertdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bənzər yazılar

0.43802094459534