Futbol üzrə Türkiyə çempionatının 24-cü turunda “Başakşehir” evində “Beşiktaş”ı qəbul edib.
Qarşılaşmaya fəal başlayan qonaqlar 15-ci dəqiqədə V.Abubakarın qolu ilə önə keçiblər. Qarşılaşmanın 35-ci dəqiqəsində meydan sahiblərinin heyətində A.Yanuzay qırmızı vərəqə alıb.
Qarşılaşmanın ikinci hissəsində “Beşiktaş” hesabı 2:0-a çatdırıb. Qarşılaşma bu hesabla yekunlaşıb.