Yataqxanada acınacaqlı vəziyyət HÖKM SÜRÜR - Tavan və divarlarında İRİ ÇATLAR VAR - VİDEO

 15-05-2022

Mingəçevirdə yataqxanada qalan sakinlər problemlə üzləşiblər. Su borularının sıradan çıxması bir sıra fəsadlar törədib. Sanitar qovşaq və mətbəxlərin tavanından su damır. Bu da iri çatların yaranmasına səbəb olub. Sakinlər vəziyyətin təhlükəli həddə çatdığını deyirlər. 

Mingəçevirdəki yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Tavan və divarlarında iri çatlar yaranıb

Su borularının sıradan çıxması nəticəsində mənzillərin sanitar qovşaq və mətbəxlərinə hər yerdən su damır.

Heydər Əliyev prospekti 86 ünvanında yerləşən dördmərtəbəli yataqxana təhlükə saçır. Sakinlər deyirlər ki, hər gün ölüm riski ilə üz-üzədirlər. 

Məsələ ilə bağlı Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsindən bildirilib ki, ümumilikdə binanın təmirə ehtiyacı yoxdur. ''Sadəcə borularla bağlı yaranmış problem aradan qaldırılacaq və su axıntılarının ziyan vurduğu divarlar bərpa ediləcək''-deyə açıqlamada qeyd edilib.

Bənzər yazılar

0.20475506782532