Son günlər ailə qurma xəbərləri ilə gündəm olan müğənni Aysun İsmayılova yeni açıqlamaları ilə diqqət çəkib.
MillətinSəsi.info xəbər verir ki, Aysun onun adından sosial şəbəkələrdə saxta profil açanlara xəbərdarlıq edib.
Bu barədə o, “MTV Maqazin” verilişində danışıb. Müğənni onun adından səhifə açıb pul yığanları məhkəməyə verəcəyini vurğulayıb:
“TikTok”da bir səhifə var. Canlı yayım açıb ekranı qaraldır, adımdan danışır, camaatdan pul yığır. Ya o səhifənin adını dəyiş, mənimlə bağlı heç nə paylaşma, ya da səni məhkəməyə verəcəm. Mən “Instagram”a nə qoyuramsa, tez atır “TikTok”a, guya bu videonu o çəkib”.
Ətraflı süjetdə: