Qvardiola Premyer Liqa hakimlərindən narazıdır

 05-03-2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası hakimlərinin komandasına qarşı haqsızlıq etdiyini düşünür.

Bu barədə açıqlama verən mütəxəssis “Arsenal”la səfər oyununda qapıçısı Edersonun vaxt uzatmağa görə sarı vərəqə almasını düzgün hesab etmədiyini deyib:

“Ən az vaxt uzadan komandayıq. “Arsenal”la səfər oyununda oyunu yubatdığına görə 36-cı dəqiqədə qapıçımız sarı vərəqə gördü. Ev matçlarımızda neçə komanda bizə qarşı bunu edir? Amma heç biri cəzalandırılmır. Biz aktiv oynamaq istəyirik, vərəqə görürük. Hakimlərlə bağlı çox danışmaq istəmirəm. Necə istəyirlərsə, elə də qərar verirlər. Amma bizə qarşı haqsızlıq edirlər”.

Mənbə: Goal.com

Bənzər yazılar

0.42990183830261