Messi qol vurdu, PSJ qələbə qazandı – VİDEO

 05-03-2023

Fransa Liqa 1-də XXVI turun oyunları keçirilir.

Milletinsesi.info xəbər verir ki, lider PSJ “Nant”ı qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 4:2.

Paris təmsilçisi Lionel Messi ilə hesabı açıb, Jauen Adjamın avtoqolu ilə 2 topluq üstünlük qazansa da, qələbəni əldən vermək təhlükəsi ilə üzləşib. İnadkarlıq göstərən “Nant” bərabərliyi təmin etməyi bacarıb. Ancaq Danilo Perreyra və Kilian Mbappenin qolları parislilərə 3 xal qazandırıb.

Bu qələbə sayəsində Kristof Qaltyenin komandası zirvədəki mövqeyini bir az da möhkəmləndirib. 63 xala malik kollektiv ən yaxın izləyicisi “Marsel”dən 11 addım öndədir.

 

Bənzər yazılar

0.46980786323547