Almaniya Bundesliqasının XXIII turunda “Bavariya” “Ştutqart”ın qonağı olub.
Milletinsesi.info xəbər verir ki, Münhen klubu səfər oyununda 2:1 hesablı qələbə qazanıb. Son çempionun qollarını Mateys De Lixt və Erik Maksim Çupo-Motinq vurublar. Ev sahiblərinin təsəlli qoluna Juan Perer imza atıb.
Bu qələbə ilə xallarını 59-a çatdıran “Bavariya” nəinki Dortmund “Borussiya”sına çatıb, həm də əlavə göstəricilərdə əsas rəqibini geridə qoyaraq yenidən zirvəyə yüksəlib.