Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

 04-03-2023

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Milletinsesi.info-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

Bənzər yazılar

0.46804094314575