Mikel Arteta azərbaycanlı baş məşqçi ilə ortaq cəhətini açıqladı - FOTO

 04-03-2023

“Arsenal”ın baş məşqçisi qalib gəldiyi oyunlarda geyindiyi paltarlara sadiqdir.

Bu barədə ispaniyalı mütəxəssis özü açıqlama verib:

“Mən çox rutin adamam. Qalib gələndə paltarlarımı dəyişməyi sevmirəm. Əvvəlki sviteri, şalvarı, ayaqqabını geyinməyi xoşlayıram. Uduzsaq, başqa paltara keçirəm”, - deyə “The Telegraph” 40 yaşlı çalışdırıcıdan sitat gətirib.

Qeyd edək ki, bir vaxtlar Azərbaycan millisini çalışdırmış Əsgər Abdullayevin də geyimlə bağlı belə inancı var. O, uzun müddət şans gətirir deyə oyunlarda sarı gödəkcəni geyinib. Mütəxəssisin bu inancı futbol cameəsində məşhurdur.

Bənzər yazılar

0.44523882865906