İngiltərə Premyer Liqasında (İPL) VII turdan təxirə salınmış iki görüş keçirilib.
Milletinsesi.info xəbər verir ki, Londonda “Arsenal” “Everton”u, Liverpulda isə yerli komanda “Vulverhempton”u qəbul edib.
Hazırda turnir cədvəlinin lideri olan “topçular” rəqibini darmadağın ediblər – 4:0. Martinellinin dubl etdiyi matçda Saka və Edeqor hərəyə bir dəfə fərqləniblər.
Yaxşı günlər yaşamayan “Liverpul” da doğma azarkeşlər önündə qələbə qazanıb. Van Dayk və Salahın vurduğu qollar mersisaydlılara 3 xal qazandırıb.
Bu nəticələrdən sonra xallarının sayını 60-a çatdıran “Arsenal” liderliyə davam edir. 39 xalı olan “Liverpul” isə 6-cı yerdədir.