Homofob şüarlar səsləndirən azarkeşlər HƏBS EDİLDİLƏR

 27-02-2023

İngiltərə Premyer Liqasının XXV turunda keçirilən “Tottenhem” - “Çelsi” (2:0) oyunu zamanı meydan sahiblərinin 6 azarkeşi həbs olunub.

Buna onların homofob şüarlar səsləndirməsi səbəb olub. London polisi cinsi ayrı-seçkilik edən 6 fanatın həbs olunduğunu açıqlayıb.

Klub isə bir azarkeşin saxlanıldığını təsdiqləyib.

“Biz bir şəxsin homofob şüarlar səsləndirdiyinə görə həbs edildiyini təsdiqləyə bilərik. “Tottenhem”də ayrı-seçkiliyə yer yoxdur”, - deyə klubun açıqlamasında bildirilib.

Mənbə: “Daily Mail”

Bənzər yazılar

0.43979692459106