Binə qəsəbəsi Hövsan Sütçülüy Savxozu adlanan ərazinin Suraxani inzibati ərazisi üzrə hektarlarla əkin – pay torpaqlarında məhsul əvəzinə daş əkilir.
AMİA.AZ xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaqda əməlli-başlı yaşayış məhəllələri, küçələr salınır ki, bu özbaşınalığa nə Suraxani icra hakimiyyəti, nə də aidiyyatı qurumlar dur demir. Əksinə, korrupsiya maraqlarında birləşən məmurlar Nazirlər Kabinetinin səlahiyyət hədlərini sanki özləri mənimsəyərək, qanunsuz ev tikintilərinə şərait yaradırlar.
Hər gün artmağa davam edən tikililərin reallaşdırılmasında daha çox canfəşanlığı özünü Suraxani rayon İcra hakimiyyətinin işciləri rolunda çıxış edən Ariz və Səid edir. Belə ki, yerli məmurların səhlənkarlığına rəvac verən Səid və Ariz qanunsuz tikililərin monitorinqini edib kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli tikililərin qarşısını almaq əvəzinə qanunsuz tikililərə havadarlıq edirlər
AMİA.AZ xəbər verir ki , çox az halda qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, çox az sayda vətəndaşa cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına məhz məsul şəxs tərəfindən münbit şərait yaradılıb.
O da bildirilir ki, Hövsan Sütcülük savxozu Suraxani inzibati ərazisi gözə çarpan, yeni qəsəbələrə dönüşdürülən ərazilərin varlığı rayonun icra başçısı Əziz Əzizov üçün də gəlir mənbəyidir. Əkin təyinatlı torpaqların təyinatına zidd olaraq tikintilər altına salınması prosesi məntiqlə də icra başçısının iradəsindən kənarda baş verən özbaşınalıq deyil. Maraqlısı həm də odur ki, özlərini Suraxani İcra hakimiyyətinin işcisi kimi təqdim edən şəxslər hec kimə vəsiqə təqdim etmədən istədikləri vətəndaşa isdədiyi tikiliyə icazə verir istəmədiyinə icazə vermir. Tikinti həyata keçirən şəxslərə bildirilir ki, – “siz tikin, biz tezliklə ərazinin KT təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə məktub yazacağıq”.
Xatırladaq ki, torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması ilə bağlı cəzalar, cərimələr sərtləşdirilib. Hələlik, Suraxani rayonunda nəzərə alınmasa da, “İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər ilə əlaqədar cərimələr təyin edilib”.
Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnanaq ki, dövlət orqanları Suraxani rayonunda qanunsuz tikililərə diqqət ayıracaq.