Volodimir Zelenski: “Prezident İlham Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır”

 24-02-2023

“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı “Report”un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun sualını cavablandırarkən deyib.

“Report”un əməkdaşının onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Volodimir Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, - deyə cavab verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanı işğal etməsinin ildönümü ilə bağlı mətbuat konfransında deyib ki, Krımın 2023-cü ildə işğaldan azad ediləcəyini vəd etmirəm, lakin bir ildən sonra Ukraynada daha müharibə olmayacağına ümid edir.

“Ukraynada hər insan növbəti addımın həlledici, sonuncu, qələbə addımı olmasını istəyir. Və tez-tez kimsə buna dözə bilmir və emosional olaraq mətbuata bu haqda danışır (bütün ərazilərin qaytarılması müddəti barədə - red.)... Bu, bəzən yanlış addım olur”, - deyə o qeyd edib.

Zelenskinin fikrincə, bunu “bağışlamaq olmaz”, amma başa düşmək olar. “Qələbə qazanmaq istəyi elə böyükdür ki... Müharibəni bitirmək və hər şeyi geri qaytarmaq: hərbçilər sağ-salamat evlərinə qayıtsın, normal həyat bərpa olunsun...”, - deyə o bildirib.

Lakin Ukrayna lideri vurğulayıb ki, bu kifayət deyil. “Bu kifayət deyil - bu emosiyalar kifayət deyil, istəmək və danışmaq kifayət deyil, çalışmaq lazımdır.

Müddətlər və addımlarla bağlı suala cavab verərək yalnız bir şeyi deyə bilərəm - hər şey bizdən asılıdır...

Hərbi addımlar var, biz buna hazırlıq görürük. Mənəvi cəhətdən hazırıq. Texniki cəhətdən hazırlaşırıq: silahlarla, müxtəlif kateqoriyalı və xarakterli (hazırlıq) hücum briqadalarının gücləndirilməsi, formalaşdırılması ilə... İnsanları təkcə Ukraynada deyil, digər dövlətlərin meydanlarında da təlimlərə göndəririk. Çünki silahlar fərqlidir və biz hazır olmalıyıq.

Sonra isə ədalətli işğaldan azad etmə addımları atılacaq. Allah eləsin bu addımlar uğurlu olsun”,  deyə Zelenski əlavə edib.

Mənbə: Pravda.com.ua

Bənzər yazılar

0.14052200317383