Flora Kərimovadan Bəxtiyar Hacıyevə DƏSTƏK

 24-02-2023

"Allah işinə fərəc eləsin, Bəxtiyara qıymasın"

Bu sözləri fevralın 24-də xalq artisti Flora Kərimova ictimai fəal Bəxtiyar Hacıyevin həbsiylə bağlı Toplum TV-yə açıqlamasında deyib. 

Flora Kərimova ictimai fəalın fəaliyyətindən yaxşı məlumatlı olmadığını bildirib, amma onun azadlıqda olmasını arzuladığını qeyd edib:

"Allahdan başqa kim ona kömək edə bilər? Kim söz sahibidir? Mənə ayıb olar nədənsə qorxmaq, çəkinmək. Onsuz da itirəcəyim heç nə yoxdur. Onun fəaliyyətindən elə də məlumatım yoxdur. Niyə ordadır bilmirəm? Amma Allah bilir, o nə dərəcədə suçludur, ya da kimsə onun qarşısında suçludur. Allah qapısını açsın!"

Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs olunub. O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri 47 gündür ki, aclıq aksiyası keçirir. Vəkilləri Hacıyevin səhhətinin ağır olduğunu bildirirlər. 

Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri ictimai fəalın həbsini sifarişli sayır və Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb edirlər.

Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb. 

Bənzər yazılar

0.2773380279541