Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub.
Yeniavaz.com xəbər verir ki, “Azərmətbuatyayımı” ASC Təhsil İdarəsinə adları aşağıdakı cədvəldə yer alan jurnal və qəzetləri satacaq və qarşılığında 475 min 720 manat alacaq.
“Azərbaycan müəllimi” qəzeti | 140 000 ədəd |
“Kurikulum” jurnalı | 15 800 ədəd |
“Azərbaycan məktəbi” jurnalı | 17 216 ədəd |
“Azərbaycan” qəzeti | 182 260 ədəd |
“Xalq” qəzeti | 65 000 ədəd |
“Respublika” qəzeti | 46 800 ədəd |
“Yeni Azərbaycan” qəzeti | 26 400 ədəd |
“525-ci qəzet” | 26 400 ədəd |
“Bakinskiy Rabociy” qəzeti | 17 600 ədəd |
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”də yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin səhmdarının “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvan olan "Fi̇krət Əmi̇rov küçəsi, ev 1"də Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ötən il ləğv olunan "ATOM QİDA" MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər.
Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com