Ötən ay 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə ƏHATƏ OLUNUB

 22-02-2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən bildirilib ki, onlardan 2 724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 14 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Bənzər yazılar

0.14100790023804