Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Milletinsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 1% azalaraq, 84,34 dollar olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.