Müğənni səhnədə çəkməsindən SU İÇDİ – VİDEO

 22-02-2023

Müğənni Harri Stayls Avstraliyada çıxış edərkən ayaqqabısından su içib. Musiqiçinin sözlərinə görə, bununla o, “shoey” adlı yerli ənənəni icra edib.

Mahnılar arasındakı fasilədə Stayls tamaşaçıları səhnəyə çıxarıb və canlı yayımda onları “shoey”i icra etməyə təşviq edib.

Gecənin sonunda ifaçı özü də bunu edib. Stayls suyun qalan hissəsini üzərinə töküb.

Qeyd edək ki, “Shoey” ənənəsi 20-ci əsrin əvvəllərində yaranıb və Avstraliyada xüsusilə məşhurlaşıb. Bu adət qalibin qazandıqdan sonra başqasının ayaqqabısından su içməsini nəzərdə tutur.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.24224185943604