Türkiyədə sənətçilər zəlzələlərdən sonra yenidən SƏHNƏYƏ QAYIDIRLAR

 21-02-2023

Türkiyədə əsrin fəlakəti kimi xarakterizə edilən zəlzələlərin ardından sənətçilər yenidən səhnələrdə yer almağa başlayıblar.

Dövlət rəsmiləri və xalq zəlzələdən zərərçəkənlər üçün səfərbər olarkən, sənətçilər də biganə qalmayıblar. Zəlzələnin ilk günlərindən bir çox məşhur sima ard-arda nümunə olacaq qərarlar qəbul ediblər.

Bir çox yerdə konsert verərək səhnəyə çıxacaq sənətçilər əldə edilən gəliri zəlzələdən zərərçəkənlər üçün ayıracaqlar.

Mart ayından başlayan konsertlərdə yer alan sənətçilər Simge, Hakan Altun, Koray Avcı, Berkay, İrem Derici, Merve Özbey və digərləridir.

Mənbə: Takvim

Bənzər yazılar

0.21207785606384